Gədəbəydə 3 nəfər dəm qazından zəhərləndi - ÖLƏN VAR

Hazırda oxunan: Gədəbəydə 3 nəfər dəm qazından zəhərləndi - ÖLƏN VAR

75432

Gədəbəy rayonunda zəhərlənmə hadisəsi olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Söyüdlü kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. 

Hadisə nəticəsində N.İsmayılov dünyasını dəyişib. 

Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO