Zərdabda 15 yaşlı qız belə oğurlandı - Xına qoymaq adı ilə qonşuya çağırıldı və... TƏFƏRRÜATLAR

Hazırda oxunan: Zərdabda 15 yaşlı qız belə oğurlandı - Xına qoymaq adı ilə qonşuya çağırıldı və... TƏFƏRRÜATLAR

75410

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub.

Bizim.Media xəbər verir ki, 1989-cu il təvəllüdlü Elvin Məmmədli, onun qardaşı arvadı Aygün Məmmədli və dostu Orxan Səmədov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndiriliblər.

Məlum olub ki, hadisədən əvvəl Elvin qonşuluqda yaşayan 15 yaşlı qızla evlənmək istədiyini və onu qaçırmağı planlaşdırdığını deyib.

"Qafqazinfo.az" saytının əladə etdiyi məlumata görə, Bu məqsədlə o, qardaşı arvadı Aygünün köməyindən istifadə edib. Belə ki, Aygün qonşu qızını saçına xına qoymaq adı ilə aldadaraq yaşadığı evə çağırıb. Burada onlar qızı zorla Orxanın maşınına salaraq Ucar istiqamətinə aparıblar və Aygünün qardaşının evinə gətiriblər.
Daha sonra hadisə ilə bağlı polisə məlumat verilib və yetkinlik yaşına çatmayan qız ailəsinə geri qaytarılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Məmmədliyə 10 il 3 ay, onun dostu və avtomobilin sahibi Orxan Səmədova 10 il, Aygün Məmmədliyə isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Aygünün cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, azadlıqda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO