Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Hazırda oxunan: Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

75117

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 17-də saat 23 radələrində Salyan şossesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO