Avtomobilin qarşısına it çıxdı, kanala aşdı – Xəsarət alanlar var 

Avtomobilin qarşısına it çıxdı, kanala aşdı – Xəsarət alanlar var 

Hazırda oxunan: Avtomobilin qarşısına it çıxdı, kanala aşdı – Xəsarət alanlar var 

74819

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Aşağı Öysüzlü kəndində hərəkətdə olan "Khazar" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.  

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı 4 nəfərin xəsarət aldığı bildirilir.  

İlkin məlumata görə, qəzaya səbəb kimi minik maşınının qarşısına itin çıxması göstərilir.  

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO