Bakı marafonunda qalib gələn rusiyalı: “Çox şadam ki, finiş xəttinə birinci çatdım”

Hazırda oxunan: Bakı marafonunda qalib gələn rusiyalı: “Çox şadam ki, finiş xəttinə birinci çatdım”

74441

Bu il Bakı marafonunda qalib gəlmək istəyirdim. İstəyimə nail oldum və finişə birinci çatdım. Gələn il paytaxtınıza yenidən gələcəyəm. Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Belə möhtəşəm yarış təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm.

Bizim.Media Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Bakı Marafonu 2022”də kişilər arasında birinci yeri tutan rusiyalı iştirakçı Rinas Axmadeyev söyləyib.

Bakı haqqında danışan rusiyalı atlet bildirib ki, Azərbaycan paytaxtı çox gözəl şəhərdir. Buranı gəzmək üçün iki gün bəs etmir. Həqiqətən Bakı çox valehedicidir.

Xatırladaq ki, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən nümayəndələr marafonda iştirak üçün müraciət ediblər.

Qeydiyyatdan keçənlər arasında Türkiyə, ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO