“Avroviziya-2022”-nin final mərhələsi başladı - CANLI YAYIM

Hazırda oxunan: “Avroviziya-2022”-nin final mərhələsi başladı - CANLI YAYIM

74386

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Bizim.Media xəbər verir ki, yarışmanın final mərhələsində təmsilçimiz Nadir Rüstəmli “Fade to black” mahnısı ilə çıxış edəcək.

O, müsabiqənin ikinci hissəsində, 15-ci nömrə altında ifasını və perfomansını təqdim edəcək.

Qalibiyyət uğrunda Azərbaycanla yanaşı daha 26 ölkənin (İsveç, Litva, Portuqaliya, İslandiya, Ermənistan, Norveç, Yunanıstan, Moldova, Hollandiya, Ukrayna, İsveç, Litva, Portuqaliya, İslandiya, Ermənistan, Norveç, Yunanıstan, Moldova, Hollandiya və Ukrayna) təmsilçisi mübarizə aparacaq.

“Böyük beşlik” ölkələri – Almaniya, Böyük Britaniya, İspaniya, Fransa və İtaliya seçmə mərhələlərdə iştirak etmir. Bu ölkələr avtomatik olaraq müsabiqənin finalına çıxırlar.

Azərbaycan ərazisində yaşayanlar təmsilçimizə səs verə bilməzlər. Yalnız xaricdə yaşayan həmyerlilərimiz səsverməyə qoşula bilər.

Xatırladaq ki, Azərbaycandan olan səsverməni elan edəcək şəxs isə "İTV Xəbər"in aparıcısı Nərmin Salmanovadır.

Aparıcı yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni-bəstəkar Murad Arifdir.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO