Qazi adını ucuzlaşdıranlar KİMLƏRDİR? – Şəhid anasından dövlətə qarşı istifadə edənlərin GERÇƏK SİMASI

Hazırda oxunan: Qazi adını ucuzlaşdıranlar KİMLƏRDİR? – Şəhid anasından dövlətə qarşı istifadə edənlərin GERÇƏK SİMASI

74310

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda şəhid anasının tikdiyi evin sökülməsi ilə bağlı məlumatın yayılması ölkə gündəmində son günlərin rezonans doğuran mövzularından birinə çevrilib.

Doğrudur, ananın hələ ötən ilin sentyabrında üçotqalı mənzillə təmin olunduğu rəsmi şəkildə açıqlanıb.  Eyni zamanda rəsmi məlumata görə, ananın sökülməsinə etiraz etdiyi tikintinin torpaq sahəsi Amil Əliyev adlı maklerə məxsus imiş və adı çəkilən şəxs şəhid anasının adından istifadə etməklə qanunsuz tikinti işləri aparmağa çalışıbmış. Bun rəğmən şəhid ailələrinin həssas mövzu olması cəmiyyətin məsələyə birmənalı və obyektiv münasibətinə əngəl törədir.

Onu da qeyd etməliyik ki, qazi və şəhid ailələrinin adından xoşagəlməz məqsədlər üçün istifadə halları son dövrlərdə tez-tez qarşımıza çıxır.

Təbii ki, şəhid ailələri və qazilərlə bağlı məsələlərə həm cəmiyyət, həm də dövlət tərəfindən həssaslıqla yanaşıldığı məlumdur.

Dövlət qazilərin reabilitasiyasını öz üzərinə götürür, onların xarici ölkələrdə sağlamlıqlarını bərpa etməsi üçün ən yüksək səviyyədə şərait yaradılır. Eləcə də onların sosial müavinətləri, rifah hallarının yaxşılaşdırılması üçün mənzil, avtomobil və digər ehtiyaclarının təmin edilməsi üçün işlərin görüldüyü də bəllidir. Elə bu ayın əvvəlində Prezident və birinci vitse-prezidentin iştirakı ilə Kürdəxanı qəsəbəsində şəhid ailələri və müharibə iştirakçılarına mənzillərin təqdim olunduğunu xatırlatmaq vacibdir.

Bunlarla yanaşı, qazilərin problemlərini operativ şəkildə həll etmək üçün bütün icra hakimiyyətlərində müvafiq şöbələr də təsis edilib.

Bu şöbələr vasitəsilə onların problemləri öyrənilir, sənədləşdirilir və həlli istiqamətində zəruri addımlar atılır. Qazilərin işlə təmin olunması məsələsinə  xüsusi həssaslıqla yanaşıldığını, istisna hal kimi nəzərə alındığını və bunun üçün bütün lazımi tədbirlərin görüldüyünü də əlavə etməliyik.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda özünü qazi kimi təqdim edən “dilənçi” 30 sutka həbs edildi


Hətta ictimaiyyətdə qazilərimizə böyük rəğbət, məhəbbət hər addımda ifadə olunur. Toyda-düyündə onlara ən mötəbər qonaq kimi yuxarı başda yer ayrılır, efir məkanlarında ağsaqqallar, ağbirçəklər, ziyalılar onları bağrına basırlar.

“Qazi” adına ləkə yaxanlar

Lakin təəssüflər olsun ki, qazi məsələsindən sui-istifadə edənlər də var. Hətta müharibə ilə yaxından-uzaqdan əlaqəsi olmayıb, qazilərə qarşı həssas mövqeydən öz mənfəəti üçün istifadə edənlərə də rast gəlinir. Elə mayın 13-də özünü Qarabağ qazisi kimi təqdim edən Ceyhun Məhərrəmovun hadisəsi də buna örnəkdir. Belə ki, adıçəkilən şəxs qonşularının hücuma məruz qaldığı ilə bağlı yerli KİV-i ayağa qaldırıb. Sonradansa məlum olub ki, Məhərrəmov nə Qarabağ qazisidir, nə də hücuma məruz qalıb. Əksinə əlində bıçaqlarla qonşularına hücum edən və iz itirmək üçün min hoqqadan çıxan da elə “qazi”nin özü imiş. 

Ceyhunkimilərin məqsədi isə özlərini gündəmdə saxlamaq, bundan xal tutmaq və törətdikləri qanun pozuntularından həmin addan istifadə edərək yaxa qurtarmaqdan ibarətdir.

Bu cür saxta insanların qazi titulun ortaya atıb avtomobildə, dövlət yol müfəttişi ilə kəsişdiyi məqamlarda istifadə etməyə çalışdıqlarına da dəfələrlə şahidlik etmişik. 

Amma Vətən üçün həqiqətən vuruşan, gözünü qırpmadan ölümə gedən və qazi olan minlərlə vətəndaşımız var ki, təmkinlə, qaydayla davranır, öz xidmətlərini gözə soxmurlar. Soruşanda da deyirlər ki, oğulun işi Vətən uğrunda şəhid, qazi olmaqdır. Onlar döyüşə gedəndə hər hansı qarşılıq gözləmədən getdiklərini bəyan edir, xidmətlərinin qarşılığının isə düşmən tapdağından azad olan torpaqlarımız, mötəbər tədbirlərə ev sahibliyi edən qələbə simvolumuz azad Şuşa olduğunu bildirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Sabunçuda şəhid anasının evi niyə SÖKÜLÜB? – İcra başçısından AÇIQLAMA - VİDEO


“Qazi təəssübkeşləri”nin iç üzü

Təəssüf doğuran bir digər məqam isə qazi adını hər addımda gözə soxmaqla gözdən salanların düşmən dəyirmanına da su tökməsidir. Çünki ölkədə milli birliyi, mübarizlik ruhunu gözügötürməyən kiçik qara niyyətli qruplar da var. Onlar hər addımda ermənilər kimi bizim Qələbəmizlə barışmaq istəmir, əslini-astarını öyrənib araşdırmadan hansı qazi dövlətdən narazılıq edirsə, hadisəni öz məqsədləri üçün istifadə etməyə başlayırlar. Həmin “qazi təəssübkeşləri” hadisələri araşdırıb, obyektiv qiymət vermədən dövləti hədəf alıb, bununla özlərinə xal qazanmağa, dövlətin nüfuzuna xələl gətirməyə çalışırlar.
 

Həmin şəxsləri xalqımız da yaxşı tanıyır, onların 44 günlük müharibədə ermənilərlə necə qardaşlaşdığı da hər birimizin xatirindədir. Ona görə ki, bu adamlara hansı qapıdan sümük atılırsa, o evin kandarında quyruq bulayırlar. 


Lakin qazi adından bu cür istifadə olunması qəbuledilməzdir. Çünki həm dövlətimiz, həm də xalqımız onların vətən qarşısında xidmətlərini unutmur. Qazi adını yerli-yersiz ortaya atmaqla Vətən uğrunda səfərbər olanları və ümumilikdə, dövlətimizi və cəmiyyətimizi gözdən salanlarınsa məqsədlərinə nail olmaları qeyri-mümkündür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO