Kitablar ƏDV-dən azad olundu: Qiymət ucuzlaşacaq? - AÇIQLAMA

Hazırda oxunan: Kitablar ƏDV-dən azad olundu: Qiymət ucuzlaşacaq? - AÇIQLAMA

74301

Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunub. Artıq bu məhsullardan 18 faiz ƏDV tutulmayacaq.

Kitabsevərlər üçün sevindirici olan bu qərarın daha hansı müsbət dəyişikiklərə səbəb olacağı isə günün aktual sualıdır. 

Bizim.Media xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov bu qərarın kitabların qiymətində də ucuzlaşmaya səbəb olacağını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Bu məhsullardan 18% ƏDV tutulmayacaq - QƏRAR


“Azərbaycan dilində lazımi kitabların tapılması müstəqilliyin ilk günlərindən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalırdı. Səbəb tərcümə, termin problemi, oxucunun azlığı və istəksizliyi ilə bağlı idi. Ən böyük problem isə maliyyə problemi idi. İstər tərcümə edilən, istərsə də yeni yazılan kitabların ərsəyə gəlməsi üçün xeyli vəsait lazım olur. Buna görə də zaman-zaman həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının ƏDV-dən azad edilməli olduğunu deyirdik.
 

Cənab Prezident tərəfindən 2021-ci ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən sonra bu qərarı verməsi və Nazirlər Kabinetinin qərarı təsdiqləməsi kitabsevərlər üçün sevindirici oldu”.


Ekspertin sözlərinə görə, kitab oxumaq həvəsi insanların özlərinə bağlıdır, amma bu qərar kitab sənayesinin inkişafına təkan verəcək:

“Fərq etməz ki, kitabı satdığı üçün sevirlər, ya oxuduqları üçün, əsas odur ki, kitab satana da, onu oxuyana da faydası olacaq. Çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini azaltmaqla kitab sənayesinin inkişafına təkan verəcək. Hər halda ilkin ehtimal budur. Çünki ƏDV-dən azad etmə bir sahənin inkişafı üçün ən yaxşı dəstək formasıdır. Amma insanların telefonlardan və tiktokdan gözünü ayırıb kitab oxumaq həvəsi artmasa, nəinki ƏDV-dən azad etmək, heç subsidiyalaşdırmaq da kitab sənayesini inkişaf etdirə bilməz”, - deyə bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO