Bizim.Media yazdı, adına maşın çıxan 3 yaşlı uşağın ailəsinin sosial yardımı BƏRPA OLUNDU

Hazırda oxunan: Bizim.Media yazdı, adına maşın çıxan 3 yaşlı uşağın ailəsinin sosial yardımı BƏRPA OLUNDU

74300

“Telefonla təsdiq mesajını aldıq, artıq sosial yardımımız bərpa olunub. Yeni kartı götürmək üçün sabah müraciət edəcəyəm”.

Bu sözləri Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 yaşı övladının adına “10XH563” dövlət nişanlı avtomobilin olması göstərilərək, ünvanlı sosial yardımı ləğv olunan Goranboy rayon kənd sakini Hüseyn Aslanov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyda ŞOK HADİSƏ: 3 yaşlı uşağın adına 23 il əvvəl necə avtomobil alınıb? - FOTO


O, sosial yardımın bərpa olunduğunu təsdiqləyərək öz təşəkkürünü də bildirib:

“Sizin sayənizdə problemimiz işıqlandırıldı. Öncəliklə sizlərə Bizim.Media kollektivinə dərin təşəkkürümü bildirirəm. Nazirlik əməkdaşları da vaxtında yoxlama apardılar və sosial yardımımız bərpa olundu”.
 

MÖVZU İLƏ BAĞLI:

3 yaşlı uşağın adına 23 il əvvəl alınan avtomobillə bağlı DİN-dən CAVAB - ÖZƏL


Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Hüseyn Aslanovun 2018-ci il təvəllüdlü oğlu Həsən Aslanovun adına 1976-cı ilin istehsalı olan “10XH563” dövlət nömrə nişanlı avtomobili olduğunu əsas gətirərək ailənin ünvanlı sosial yardım üçün müraciətini rədd etmişdi. Problemi ilk olaraq işıqlandıran Bizim.Media aidiyyatı qurumların çevik reaksiyası ilə onun həll olunmasına müvəffəq olub.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO