Bakıda keçirilən “Əl Əməyi, Göz Nuru” sərgisindən FOTOLAR 

Hazırda oxunan: Bakıda keçirilən “Əl Əməyi, Göz Nuru” sərgisindən FOTOLAR 

74297

Bakıda Park Bulvar ticarət mərkəzində 46-cı “Əl Əməyi, Göz Nuru” qadın sahibkarların əl işlərindən ibarət satış sərgisi keçirilib. Sərgini Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə təşkil edib. 

Bizim.Media xəbər verir ki, sərgidə 100-dən çox istedadlı qadın sahibkarın hazırladığı məhsullar nümayiş olunub.  

Sərgidə nümayiş olunan məhsullar satışa çıxarılıb.  

Açılışda iştirak edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Dr. Caydev Sinqx qeyd edib ki, qadınların iqtisadi gücləndirilməsi yalnız bərabərlik və işçi qüvvəsinin şaxələndirilməsi üçün vacib deyil, həm də cəmiyyətimizin inkişafı məqsədilə istifadə olunmamış potensialı üzə çıxarmağın ən yaxşı və sürətli yollarından biridir. 

Tədbir AQSİA, USAID və KOBİA-nın qadınların iqtisadi tərəqqisini dəstəkləmək məqsədilə effektiv platforma təmin edən sektor olan yaradıcı sənayelərdə qadınlara məxsus mikro və kiçik müəssisələrin inkişafına verdiyi dəstəyin bir hissəsini təşkil edib.  

AQSİA-nın sədri Səkinə Babayeva deyib ki, Assosiasiya ölkə üçün müəyyən edilmiş Milli Prioritetlərə əsasən qadın sahibkarlığının yaradıcı və innovativ əsaslarla inkişafı, rəqəmsal texnologiyaların tətbiqinin təşviq edilməsi, özünə məşğulluq imkanlarının artırılması istiqamətində aktiv fəaliyyət göstərir:

Məqsədimiz mikro və kiçik qadın sahibkarlara, eləcə də əlilliyi olan sahibkarlara xüsusi diqqət ayırmaqla, ümumilikdə qadın sahibkarlığının iqtisadi dayanıqlılığının artırılmasına töhfə verməkdir”. 
USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) qadın biznes və peşəkar assosiasiyaları və onların üzvlərinin gücləndirilməsinə və əlaqələndirilməsinə, eləcə də kənd qadınları üçün yeni imkanların yaradılmasına diqqət yetirərək, öz fəaliyyəti ilə qadınların iqtisadi iştirakını artırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO