Bu təhsil ocaqlarına QƏBUL BAŞLADI 

Hazırda oxunan: Bu təhsil ocaqlarına QƏBUL BAŞLADI 

74205

Bu gündən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu //sy.edu.az portalı üzərindən iyunun 9-dək həyata keçiriləcək.

Valideynlər qeyd edilən portal üzərindən övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər.

Bu zaman daha yaxın və uyğun imtahan mərkəzini (binasını) seçmə imkanı var.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar. İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədi ilə tapşırıqlar təqdim ediləcək.

Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:

- 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);

- 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);

- 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);

- 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı ilə müvafiq linkə keçid edərək tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO