Bərdədə gənclərin peşə təhsili stimullaşdırılır

Hazırda oxunan: Bərdədə gənclərin peşə təhsili stimullaşdırılır

74202

Bərdə Peşə liseyində “Açıq Qapı” günü təşkil edilib. Məqsəd peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmaqla, gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, lisey Bərdə və ətraf regionlardan 1200 tələbəyə 7 peşə sahəsində 30-a qədər ixtisas üzrə təhsil imkanı yaradır. 

2001-2022 ci tədris ilində liseydə 650 tələbə təhsil alır ki, növbəti tədris ilində bu rəqəmin 1000-ə çatdırılması planlaşdırılır. Artıq liseydə yüksək peşə təhsili üzrə tələbələr də təhsil alır.
Tədbir iştirakçıları peşə təhsil müəssisəsinin emalatxanalarında avadanlıq və xidmətlərlə tanış olublar. Elektrik qaz qaynaqçısı, geyim üzrə dizayner istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO