“Hesab edirəm ki, övladlarının özbaşınalığına görə atalarının vəzifədən azad edilməsi düzgün addımdır”x9d.
Bunu Moderator.az-a
açıqlamasında VİP sədri Əli Əliyev bildirib. Partiya sədri öz ailəsini tərbiyə
edə bilməyənlərin cəmiyyətə yaxşı nə isə verəcəyinə inanmadığını vurğuladı:
“Ölkə idarəçiliyinə cəlb
olunan şəxslər ilk növbədə konkret bir rayon və ya inzibati mülkdə vətəndaşlara
nümunə göstərməlidir. Azərbaycan cəmiyyəti özünəməxsus keyfiyyətlərə malikdir.
Bizim məmurlar ailənin tərbiyəsi, ailədəki qaydaları ilə fərqlənməlidirlər. Öz
ailəsində nümunəvi tərbiyə formalaşdıran insanlar cəmiyyətdə nümunəvi ola bilərlər.
Bu baxımdan övladlarını tərbiyə etməkdə, normal vətəndaş kimi yetişməkdə çətinlik
çəkən yaşlı nəslin nümayəndələri cəmiyyətə nümunə ola bilməzlər deyə, onların vəzifədən
uzaqlaşdırılması düzgün qərardır. Cəmiyyətə o adamlar nümunə kimi göstərilməli,
vəzifə səlahiyyətləri o şəxslərə verilməlidir ki, onlar ilk növbədə öz ailələrində
lazımi intizamı, lazımi mental keyfiyyətləri formalaşdırıblar”x9d.
Seymur Əliyev
































































































