Azərbaycanda bu xidmət bahalaşa bilər

Azərbaycanda bu xidmət bahalaşa bilər

Hazırda oxunan: Azərbaycanda bu xidmət bahalaşa bilər

74156

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq yük daşımalarının qiymətlərinə yenidən baxa, bu xidmətini bahalaşdıra bilər”. 

Bizim.Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirib. 

Emil Əhmədov bildirib ki, yeni sifarişlərdə qiymət artımının tərəfdarıyıq: 

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində dəhlizdə yükdaşımaların qiymətinin artımı ilə bağlı protokol imzalamışıq. Bu günə qədər Azərbaycan üzərindən daşınan yüklərdə qiymət artımı həyata keçirməsək belə, yükdaşıma ilə bağlı yeni müraciətlərdə qiymət artımına baxıla bilər”. 

"Dəmir yolları ilə daha sürətli daşıma həyata keçirilir. İndiyə qədər yükdaşımalarla bağlı bu qədər sifariş əldə etməmişdik.

Əsas məsələ Azərbaycan üzərindən keçən yükün dayanıqlılığını təmin etməkdir. Yəni, geosiyasi vəziyyətin dəyişməsindən sonra yüklərin Azərbaycanda qalması məsələsi çox önəmlidir. Bunun üçün isə yükün rahat və vaxtında daşınması lazımdır", - deyə ADY rəsmisi qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO