
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 10.05.2022
Azərbaycanda qadın iş adamına hökm oxundu – 11 nəfərə qarşı DƏLƏDUZLUQ EDİB
Hazırda oxunan: Azərbaycanda qadın iş adamına hökm oxundu – 11 nəfərə qarşı DƏLƏDUZLUQ EDİB
73593
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Dələduzluqda təqsirləndirilən “Run Group” şirkətinin prezidenti İranə Talışxanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Run Group” şirkətinin prezidenti İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.
Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb. Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var. Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































