Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.
Bizim.Media FHN-ə istinadən xəbər verir ki, güclü küləyin təsirindən paytaxt Bakıda bir sıra fəsadlar meydana çıxıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb:
"Belə ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar", -deyə məlumatda vurğulanıb.
Bizim.Media