Hacı Şahinin kartla fitrə zəkatı toplaması MÜZAKİRƏ DOĞURDU – Özündən AÇIQLAMA

Hazırda oxunan: Hacı Şahinin kartla fitrə zəkatı toplaması MÜZAKİRƏ DOĞURDU – Özündən AÇIQLAMA

72747

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidin imamı hacı Şahin Həsənlinin Ramazan bayramı ilə əlaqədar fitrə zəkatı üçün kart hesabını paylaşması müzakirələrə səbəb olub. Hacı Şahinin bu formada fitrə zəkatı toplaması ictimaiyyətdə birmənalı qarşılanmayıb və pul əldə etməyin yeni üsulu kimi qiymətləndirilib. 

Məsələ ilə bağlı Şahin Həsənli Bizim.Media-ya açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

QMİ-dən fitrə pulu ilə bağlı AÇIQLAMA 


Kart hesabının özünə aid olduğunu vurğulayan və təccüblü heç nə olmadığını deyən Hacı Şahin müasir dövrdə bu formanın normal olduğunu bildirib:

“Fitrə zəkatı vacib bir zəkatdır və bayram günü yoxsul insanlara çatdırılır. Biz xütbələrdə dəfələrlə qeyd etmişik ki, hər insan fitrə zəkatını öz əlilə bayram namazına qədər yoxsul insanlara çatdırsa, yaxşıdır. Amma bəzi insanlar var ki, bayram günləri fitrə zəkatını yoxsul insanlara çatdıra bilməyəcəklərini deyirlər və məscidlərə müraciət edirlər ki, sizdə hazır ehtiyaclı insanların siyahıları olur, fitrə zəkatını onlara özünüz çatdırın. Biz də hər il bu prosesi həyata keçiririk. Bu, istər nağd ödəniş, istərsə də kart vasitəsilə həyata keçirilir. Burada təccüblü bir şey yoxdur və müzakirə olunacaq nə var, anlamıram”.

Hacı Şahinin sözlərinə görə müasir dövrdə bir çox insanın nağd şəkildə fitrə zəkatını ödəməyə imkanı olmur:
 

“Biz də şərait yaradırıq ki, bunu kart vasitəsilə ödəsinlər. Tutaq ki, xaricdə yaşayan azərbaycanlılar fitrə zəkatı, yaxud yardım üçün vəsaitlər göndərirlər. Oradan isə biz siyahımızda olan yoxsul insanlara fitrə zəkatını çatdırırıq.


Prosesə mən özüm nəzarət edirəm. Dinimizin müasir olduğunu deyən insanlar, hətta bəzən dindar insanları köhnəpərəstlikdə ittiham edənlər nədənsə bundan narahat olur. Narahatlığın əsası nədir, anlamıram. Eyni şey istər nağd, istərsə də kart vasitəsilə hesaba köçürülür. Müasir dövrdə bu, olduqca normal bir haldır. Fitrə zəkatı da bu formada köçürülə bilər. Burada qəbahət yoxdur”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO