
- A-
- A
- A+
Cəmiyyət
17:29 / 30.04.2022
Lənkəranda iki avtomobil toqquşdu - SÜRÜCÜ YARALANDI / FOTO
Hazırda oxunan: Lənkəranda iki avtomobil toqquşdu - SÜRÜCÜ YARALANDI / FOTO
72225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigəh yolunun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili “VAZ 2107” markalı avtomobillə toqquşub.
“Mercedes”də olan iki nəfər qoruyucu yastıq sayəsində qəzada ciddi xəsarət almayıblar.
“Vaz 2107”-nin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































