
- A-
- A
- A+
Cəmiyyət
14:07 / 30.04.2022
Vəhşi heyvanlar Ağdamın bu kəndinə hücum etdi - FOTO
Hazırda oxunan: Vəhşi heyvanlar Ağdamın bu kəndinə hücum etdi - FOTO
72190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ağdamın keçmiş təmas xəttində yerləşən Çıraqlı kəndinə vəhşi heyvanların hücumu intensivləşib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə, kənd yaxınlığındakı xarabalıqlarda yaşayan vəhşi heyvanlar fərdi təsərrüfata hücum edir və əsasən ev quşlarını tələf edirlər.
Qeyd edək ki, Çıraqlı kəndi 1994-cü ildən 2020-ci ilə qədər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşib. Kəndə yaxın bir çox yaşayış məntəqələri xarabalığa çevrildiyi üçün burada vəhşi heyvanlar daha çox yaşayıb.
Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































