Gəncədə kişi arvadının başına çəkiclə zərbə endirdi

Gəncədə kişi arvadının başına çəkiclə zərbə endirdi

Hazırda oxunan: Gəncədə kişi arvadının başına çəkiclə zərbə endirdi

71259

Gəncədə kişi həyat yoldaşına müxtəluf dərəcəli bədən xəsarətləri yetirib. 

Bizim.Media-nın Gəncə bürosunun məlumatına görə, şəhər sakini, 1969-cu il təvəllüdlü A.Qəhrəmanova başından bıçaq və çəkiclə aldığı kəsilmiş-deşilmiş yara xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Araşdırma zamanı müəyyən edilib ki, qadına xəsarəti həyat yoldaşı, 1970-ci il təvəllüdlü X. Qəhrəmanov yetirib. Yaranmış ailə münaqişəsi nəticəsində kişi bıçaq və çəkiclə arvadının başına zərbə vurub. 
Hazırda faktla bağlı hüquq mühafizə orqanı tərəfindən araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO