Azərbaycanda məktəblərə 50 min yeni kompüter təqdim olunacaq

Azərbaycanda məktəblərə 50 min yeni kompüter təqdim olunacaq

Hazırda oxunan: Azərbaycanda məktəblərə 50 min yeni kompüter təqdim olunacaq

70969

“Bir neçə il öncə məktəblərin internetə qoşulmasında və kompüterləşmədə ciddi problemlər var idi. Lakin ötən il, bu il və gələcək 3 ildə məktəblərə 50 min yeni komputer təqdim olunacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradıldı


Nazirin sözlərinə görə, yeni kompüterlərin təqdim olunması nəticəsində orta məktəblərdə hər 6 uşağa bir kompüter düşəcək.

“Bu öz-özlüyündə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxın göstəricidir. İnanıram ki, bundan sonra rəqəmsallaşmada əsaslı şəkildə yeni işlər görəcəyik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO