Gəncə məktəbində qanla nəticələnən davaya rəsmi MÜNASİBƏT

Gəncə məktəbində qanla nəticələnən davaya rəsmi MÜNASİBƏT

Hazırda oxunan: Gəncə məktəbində qanla nəticələnən davaya rəsmi MÜNASİBƏT

70390

Gəncə şəhər 8 saylı məktəbin şagirdləri arasında baş verən insidentə Gəncə Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev fikir bildirib. 

Bizim.Media-nın Gəncə bürosunun məlumatına görə, idarə rəhbəri jurnalistlərə açıqlamasında xəstəxanaya yerləşdirilən şagirdin vəziyyətinin hazırda kritik olmadığını deyib. 

Onun sözlərinə görə,hadisə məktəbin dəhlizində baş verib və onlar arasında əvvəllər də konflikt olub:

“Hələlik hadisənin hansı səbəbdən baş verməsi məsələsi tam aydın deyil. Bu məsələ ilə hüquq mühafizə orqanları məşğuldur. Polisin rəyini gözləməli olacağıq”, deyə Qədiməliyev əlavə edib. 

Təhsil idarəsinin rəisi onu da bildirib ki, zərərçəkmiş məktəbli dərhal xəstəxanaya yerləşdirib:

“Lazımi tədbirlər görülüb. Həkimlərin rəyinə görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalması tövsiyə edilib. Bu baxımdan da 3 gün ərzində şagirdimiz xəstəxanada qalacaq və həkimlərin nəzarətində olacaq”.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO