Rus seriyalı avtomobilin dayandığı yerə niyə asfalt çəkilməyib? – AAYDA səbəbini AÇIQLADI

Rus seriyalı avtomobilin dayandığı yerə niyə asfalt çəkilməyib? – AAYDA səbəbini AÇIQLADI

Hazırda oxunan: Rus seriyalı avtomobilin dayandığı yerə niyə asfalt çəkilməyib? – AAYDA səbəbini AÇIQLADI

68487

Bakının Səbail rayonu ərazisi, Bayıl qəsəbəsinin 20-ci sahəyə gedən yolda hamını təəccübə salacaq olay baş verib. Belə ki, təmir zamanı yolun hərəkət hissəsində park edilmiş avtomobil olan hissəyə asfalt çəkilməyib.

Bizim.Media xəbər verir ki, bu haqda sosial şəbəkədə fotolar yayılıb. Asfaltın çəkilməsinə maneə törədən avtomobil isə Rusiya dövlət nömrə nişanlıdır.

Yayılan məlumatla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda maşını götürmədən yolu asfaltladılar - Ortaya bu görüntü çıxdı


Agentliyin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, bu gün həmin hissə asfaltlanacaq:

“Sözügedən əraziyə asfalt döşənərkən həmin maşının sahibi tapılmadığı üçün belə bir addım atılıb. Çünki agentlik olaraq bizim hər hansı maşına toxunmağa, əl dəyməyə və onun yerini dəyişdirməyə ixtiyarımız yoxdur. Asfalt da gətiriləndə temperatur soyumamış döşənməli idi. Ona görə də döşənmə işləri icra edilib və bu gün həmin yarım qalmış iş başa çatdırılacaq”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO