Doktoranturaya elektron sənəd qəbulu başladı

Doktoranturaya elektron sənəd qəbulu başladı

Hazırda oxunan: Doktoranturaya elektron sənəd qəbulu başladı

68191

Aprelin 5-də portal.edu.az vasitəsilə ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib.

Bizim.Media Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Doktoranturalar yaradılan təhsil ocaqlarının SİYAHISI dəyişdi


Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, müraciətlərin elektron formada qəbulu prosesin daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaradacaq.

Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər.

Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması gələcəkdə yeni inteqrasiya olunmuş xidmətlərin təqdim olunmasına və təhsil pilləsinin elektronlaşdırılmasına şərait yaratmış olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO