Bakıda güclü külək internetin sürətinə necə təsir edib? - AÇIQLAMA

Bakıda güclü külək internetin sürətinə necə təsir edib? - AÇIQLAMA

Hazırda oxunan: Bakıda güclü külək internetin sürətinə necə təsir edib? - AÇIQLAMA

68034

Paytaxtda yaşayan bəzi internet istifadəçiləri hava küləkli olanda internetin sürətinin aşağı düşməsindən şikayət ediblər.

Məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-dən (Baktelecom) Bizim.Media-ya bildiriblər ki, küləkli hava şəraiti ilə əlaqədar müştərilərlə əlaqələr üzrə aidiyyəti bölmələrinə internet sürətinin aşağı olması ilə bağlı daxil olan müraciətlərdə artım müşahidə olunmayıb.

"İnternet xidmətində çətinlikləri olan istifadəçilərin məlumatları təqdim olunarsa, tərəfimizdən müvafiq araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.

"Baktelecom" tərəfindən istifadəçilərin xidmət çətinliyi fərdi qaydada araşdırılır, xətt göstəricilərinin texniki normalara uyğunluğu müəyyənləşdirilir, şəbəkəni ötürən modemin saz vəziyyətdə olmasına diqqət yetirilir", - qurumdan qeyd edilib.

MMC-nin məlumatına görə, internet xidmətinin kəsintisiz ötürülməsi üçün "Baktelecom"un texniki heyəti tərəfindən şəbəkədə meydana gələn yüklənmələrin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir:
"Eyni zamanda kabel-kanal qurğularının texniki normalar çərçivəsində istifadəsi, dirəklərin doğru məsafə və dərinlikdə yerləşdirilməsi, naqillərin izolyasiyası kimi qabaqlayıcı tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO