
- A-
- A
- A+
Cəmiyyət
09:36 / 02.04.2022
Tovuzda iki avtomobil toqquşdu – Yaralanan var
Hazırda oxunan: Tovuzda iki avtomobil toqquşdu – Yaralanan var
67591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ 21011" markalı avtomobil digər minik maşını ilə toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































