
- A-
- A
- A+
Cəmiyyət
16:25 / 26.03.2022
Bakı Olimpiya Stadionunun fasadı söndürüləcək – 1 saatlıq
Hazırda oxunan: Bakı Olimpiya Stadionunun fasadı söndürüləcək – 1 saatlıq
66529
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün saat 20:30-dan 21:30-dək Bakı Olimpiya Stadionunun (BOS) fasadı söndürüləcək.
BOS-un mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu addım "Yer Saatı" hərəkatına dəstək məqsədilə atılacaq.
Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.
Elektrik enerjisinin istehsalı nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur.
“Yer saatı” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhlükələrə yönəltməklə cəmiyyətdə enerjiyə qənaətin təşviq edilməsidir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































