Konstitusiya Məhkəməsi sürücülük vəsiqəsinin verilməsi proseduruna baxacaq

Hazırda oxunan: Konstitusiya Məhkəməsi sürücülük vəsiqəsinin verilməsi proseduruna baxacaq

65164

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” qanunun 35-ci və 35-1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 11-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsi sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması, 35-1 maddəsi isə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO