Ombudsman Aparatı “Ümid Yeri” Uşaq Sığınacağında baş verən qətllə bağlı məlumat yaydı

Ombudsman Aparatı “Ümid Yeri” Uşaq Sığınacağında baş verən qətllə bağlı məlumat yaydı

Hazırda oxunan: Ombudsman Aparatı “Ümid Yeri” Uşaq Sığınacağında baş verən qətllə bağlı məlumat yaydı

64968

Azyaşlı övladları ilə birlikdə “Ümid Yeri” Uşaq Sığınacağına yerləşdirilən qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Ombudsman tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Aparat tərəfindən “Ümid Yeri” Uşaq Sığınacağının rəhbərliyi ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə ətraflı məlumat alınıb, sığınacaqda saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub.

Eyni zamanda sığınacaqda yaşayan üç azyaşlının vəziyyəti və psixoloji durumu, həmçinin baş vermiş hadisənin sığınacağın digər sakinlərinə təsiri öyrənilib.

Məsələnin obyektiv araşdırılması ilə əlaqədar Ombudsman Aparatı tərəfindən Xəzər Rayon Prokurorluğuna müraciət edilib.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlər görüləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO