
- A-
- A
- A+
Ağcabədidə qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldı
Ağcabədidə qaçırılan 30 yaşlı qadın tapılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
"Mart ayının 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və RPŞ-ə gətirilib.
Fakt üzrə Laçın RPŞ-də cinayət işi başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - deyə vurğulanıb.
Qeyd edək ki, T.İbrahimova “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır. Onun anası Sahibə İbrahimova qızının yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs tərəfindən qaçırıldığından şübhələndiyini bildirmişdi.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































