Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Hazırda oxunan: Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

643638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkəsən rayonu Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılır.

Bizim.Media “ölkə.az”a istinadən xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı hazırlıqlar görür.

Köçürülməsi prosesinin qiymətləndirilməsi “İqlimLTD” MMC-yə tapşırılıb.

Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək.
 

Köçürmə işlərinin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış hissələrinin dövlət ehtiyacları üçün  alınması ilə bağlı olduğu ehtimal olunur.


Qeyd edək ki, hazırda Mollahəsənli kəndində 523 nəfər qeydiyyatdadır və 97 təsərrüfat fəaliyyət göstərir. Kənddə yerləşən evlərin sayı isə 70-dən çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO