Sovet dövründən qalma tikinti materialları dekarbonizasiya üçün yüksək enerji səmərəli izolyasiya ilə əvəzlənəcək.
Bizim.Media xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.
Qeyd edilib ki, izolyasiya istilik təchizatı və soyutma sistemlərinin enerji səmərəliliyini artırmaq üçün adekvat izolyasiya tələb olunur.
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksək performanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. 2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal izolyasiyaya malik olması gözlənilir. Buna qabaqcıl istilik izolyasiyası və ikiqat şüşəli pəncərələr kimi yüksək performanslı izolyasiya materiallarının quraşdırılması ilə nail olunacaqdır. Təkmilləşdirilmiş izolyasiyanın istilik və soyutma enerjisinə tələbatı azaldacağı və xalis sıfır emissiyalarına əhəmiyyətli dərəcədə töhfə verəcəyi gözlənilir. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:52 / 22.10.2026
Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya EDİLƏCƏK
Hazırda oxunan: Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya EDİLƏCƏK
Hazırda oxunan: Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya EDİLƏCƏK
643624
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































