Kürdəmirdə magistral su borusu partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı

Kürdəmirdə magistral su borusu partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı

Hazırda oxunan: Kürdəmirdə magistral su borusu partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı
643608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Bizim.Media xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, diametri 500 mm olan boru partlayıb. Qəza yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinini içməli su ilə təmin edir. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO