Bakıda metroya minənlərə ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

Bakıda metroya minənlərə ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

Hazırda oxunan: Bakıda metroya minənlərə ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

643603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.

Bizim.Media xəbər verir ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, yeni stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzrə inşa ediləcək.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bənövşəyi xəttin 5-ci stansiyasının 2026-cı ildə tamamlanması nəzərdə tutulur.

Cəlil Məmmədquluzadə küçəsində yerləşən, layihə adı “B-04” olan stansiya Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli qərarı ilə “20 Sentyabr” adlandırılıb. Hazırda stansiyada tikinti işləri son tamamlama mərhələsindədir, memarlıq tərtibatı və abadlaşdırma işləri davam etdirilir. Digər 9 stansiyanın layihələndirmə işləri də yekunlaşmaq üzrədir.

Qurumdan bildirilib ki, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb.

İşlərin təxminən 11 ay davam etməsi planlaşdırılır. Təxminən 200 metrlik tunelin inşası ilə əlaqədar xətlər üzrə müstəqil hərəkət qrafikləri tətbiq edilib. Hazırda Yaşıl xətt üzrə qatarlararası interval 3 dəqiqə 30 saniyə, Qırmızı xətt üzrə isə 2 dəqiqə 30 saniyə təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO