Göygöldə AİLƏ DRAMI: Su vermədi, əri üstünə benzin töküb yandırdı

Göygöldə AİLƏ DRAMI: Su vermədi, əri üstünə benzin töküb yandırdı

Hazırda oxunan: Göygöldə AİLƏ DRAMI: Su vermədi, əri üstünə benzin töküb yandırdı

643434

Göygöl rayonunda kişi arvadının üstünə benzin tökərək yandırıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Tufan Məmmədov (soyadı şərtidir) evinin həyətində otbiçən maşınla həyətyanı sahəni təmizləyib. O, işləyib yorulandan sonra həyət yoldaşından içməyə su istəyib. 

Həyət yoldaşı suyu gec gətirib və nəticədə ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Tufan yanında olan, otbiçən üçün aldığı 2 litr benzini arvadının üstünə töküb, ona od vurub. 

Qadının paltarları əynində alışıb. O, təcili olaraq paltarlarını soyunub və təcili tibbi yardım briqadası çağırıb. Qadın xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları gəliblər, Tufan saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ərlə arvad arasında barışıq elan olunub. Məhkəmənin hökmü ilə T.Məmmədova 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib və o, məhkəmə zalında azadlığa buraxılıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO