"Azərbaycanda texnoloji keçid, rəqəmsal inkişaf, robotlaşma, süni intellekt geniş tətbiq olunmağa başlayıb və insanların gələcək həyatı bu keçidlə bilavasitə əlaqədar olacaq".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentdə "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Deputat bildirib ki, regionaların inkişafı, regional idaretmənin təkmilləşdirilməsi və digər məsələlər bütövlükdə iqtisadi inkişafın, insanların rifahının yaxşılaşdırılmasının mühüm istiqamətlərindən birini təşkil edir:
"Bu gün həyata keçirilən siyasətimizin mərkəzində duran məsələlər içərisində regional inkişaf əhəmiyyətli yer tutur".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:17 / 21.10.2026
Əli Əhmədov süni intellektin insanların həyatına TƏSİRİNDƏN DANIŞDI
Hazırda oxunan: Əli Əhmədov süni intellektin insanların həyatına TƏSİRİNDƏN DANIŞDI
Hazırda oxunan: Əli Əhmədov süni intellektin insanların həyatına TƏSİRİNDƏN DANIŞDI
643417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































