Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

Hazırda oxunan: Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir

643384

Kalium dedikdə ağıla ilk gələn qida banan olsa da, püstə bu mineralın miqdarına görə bananı geridə qoyur. Püstə kaliumla yanaşı, zülal, lif və antioksidantlarla da zəngindir.

Bizim.Media xəbər verir ki, 100 qram püstədə təxminən 1 020 milliqram kalium var. 100 qram bananda təxminən 350-360 milliqram kalium var.

Kalium əzələ və əsəb sisteminin normal işləməsində, qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır.

Ürək-damar sağlamlığını dəstəkləyir

Püstə doymamış yağ turşuları və fitosterollarla zəngindir. Doymuş yağlı çərəzlər əvəzinə püstə yemək xolesterin səviyyəsini nəzarətdə saxlamağa kömək edir. Tərkibindəki E vitamini, polifenollar və karotenoidlər hüceyrələri qoruyur.

Toxluq hissi yaradır və əsəb sistemini gücləndirir

Zülal və liflə zəngin olduğu üçün uzun müddət tox saxlayır. Tərkibindəki B6 vitamini əsəb sistemini dəstəkləyir, maqnezium, fosfor və mis isə orqanizmin mineral ehtiyacını ödəyir.

Püstənin faydalarından yararlanmaq üçün gün ərzində bir ovuc (təxminən 25-30 qram) yemək kifayətdir. Artıq duz qəbulunun və kalori artımının qarşısını almaq üçün duzsuz və təbii püstəyə üstünlük verilməlidir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO