1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler

Hazırda oxunan: 1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler
643372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədən gələn əmək miqrantları Almaniyanın sənaye potensialının formalaşmasında mühüm rol oynayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz işçi qüvvəsinin cəlb edilməsinə dair iki ölkə arasında imzalanmış sazişin 65 illiyi münasibətilə keçirilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, 1960-1980-ci illərdə almanlarla türklərin qarşılıqlı ünsiyyəti hər iki cəmiyyəti daha müasir, dünyaya açıq və tolerant edib.

Türkiyədən gələn miqrantlar Almaniyanı mədəniyyət, iqtisadiyyat, elm və hətta kulinariya baxımından zənginləşdirib.

Kansler türk mənşəli insanların göstərilən səylərə baxmayaraq, bəzən hələ də yadelli kimi qəbul olunmasını tənqid edib:

“Yad olanlardan qorxmaq hər bir azad cəmiyyətin zəhəridir”.

Qeyd edək ki, Almaniya ilə Türkiyə arasında işçi qüvvəsinin cəlb edilməsinə dair saziş 1961-ci il oktyabrın 30-da imzalanıb. Almaniya iqtisadiyyatının artan işçi qüvvəsinə ehtiyacını qarşılamaq məqsədi daşıyan sazişin qüvvədə olduğu 12 il ərzində ölkəyə təxminən 900 min türk işçi gəlib.

Başlanğıcda ikiillik qalma müddəti və işçilərin rotasiyası nəzərdə tutulsa da, sonradan onların bir çoxu Almaniyada məskunlaşıb. 1973-cü ildə isə iqtisadi tənəzzül və neft böhranı fonunda xaricdən işçi qüvvəsinin cəlb edilməsinə son qoyulub. (axar.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO