Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Hazırda oxunan: Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

642639

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində istintaq olunan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.

Bizim.Media Baş Prokurorluğa istinadən xəbər verir ki, Məmmədov Taleh Zakir oğlunun qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
 

İbtidai istintaqla Taleh Məmmədovun 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya daşınması zamanı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə yoxlanışa məruz qalmadan maneəsiz buraxılmasının təmin edilməsi müqabilində pul vəsaiti alaraq nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.


Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO