Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Hazırda oxunan: Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

642626

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ağsu və Şəmkir rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
 

Araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Mikayıl Hüseynov prospektində, Yasamal rayonu Mətbuat prospektində, Ağsu rayonu Suraxanı və Şəmkir rayonu Sabirkənd kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 136 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 


Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO