Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin SAYI AÇIQLANDI

Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin SAYI AÇIQLANDI

642545

“Azərbaycan jurnalistlərinin VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük qismi – 691-i həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən, toplanan materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan jurnalistlərinin IX qurultayında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib.

O qeyd edib ki, Şikayətlər üzrə Komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb.
 

38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib. Beləliklə, Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb. Qərarlarda, əsasən, jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşdıqları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb.


“Onu da bildirək ki, Şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilən şikayətlərin sayından təxminən 2 dəfə çoxdur. Bununla belə, şifahi qaydada, tərəflərlə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədərdir”, - deyə Rəşad Məcid bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO