Səhhəti ağırlaşan Zaur Rzayevin SON DURUMU

Səhhəti ağırlaşan Zaur Rzayevin SON DURUMU

Hazırda oxunan: Səhhəti ağırlaşan Zaur Rzayevin SON DURUMU

642543

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Mərkəzi Neftçilər xəstəxanasından məlumat verilib. 
 

Bildirilib ki, 1952-ci il təvəllüdlü şəxs (kişi) okytabrın 14-ü, saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya edilib. Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib.


Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib. Bir neçə gündür Xalq artistinin müalicəsi ev şəraitində davam edirdi. 

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO