Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü İmişli rayon sakini 60 yaşlı Mahmud Əliyev “Isuzu” markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşısında yol kənarında dayanmaq istəyən sürücü Laçın rayon sakini 38 yaşlı Uğurlu Pənahəliyevin idarə etdiyi Mercedes markalı yük maşınına çırpılıb.
Nəticədə İsizu markalı yük maşınında olan sərnişin İmişli rayon sakini 46 yaşlı Cabbarov Taleh Tahir oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xilasetmə dəstəsinin eləcədə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub və yük maşınında sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu


























































































