Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Hazırda oxunan: Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

642439

Azərbaycanda sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil üçün “Fərqlənmə nişanı” almalıdırlar. Bu, Vergi Məcəlləsinin tələbidir. Nişan növbəti ay, rüb, yarımil və ya il üçün əldə edilə bilər. Nişan təqvim ayının sonunadək müvafiq qurumun informasiya sistemi vasitəsilə elektron qaydada alınmalıdır.

Fərqlənmə nişanı almaq üçün daşıyıcının VÖEN-i, buraxılış vəsiqəsi və buraxılış kartı olmalıdır. Müntəzəm sərnişin daşımaları üçün əlavə olaraq daşıma müqaviləsi tələb olunur. Müraciət yalnız AYNA portalı  vasitəsilə onlayn edilir. “Fərqlənmə nişanı” üzrə ödəniləcək rüsumun məbləği fəaliyyət göstərilən əraziyə və nəqliyyat vasitəsinin növünə görə dəyişir. Fərqlənmə nişanı vergi ödəyicisinin ərizəsi əsasında ən gec iki iş günü ərzində verilsə də, bəzi taksi sürücüləri bununla bağlı prosedurların bəzən bir həftədən çox vaxt apardıqlarını iddia edirlər. Bu da onların bir neçə gün işləyə bilməməsinə və gəlirlərinin aşağı düşməsinə səbəb olur. İddialara görə bir aylıq “Fərqlənmə nişanı” üçün taksi sürücüləri bir həftə gözləməli olurlar.

Fərqlənmə nişanının alınması prosesində hansı mərhələlər daha çox vaxt aparır və sürücülərin iş günləri və gəlirlərinin azalmasının qarşısını almaq üçün bu prosesin sadələşdirilməsi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, mövcud qaydalara əsasən, fərqlənmə nişanı müraciətdən sonra iki iş günündən gec olmayaraq təqdim edilir.

Məlumatda vurğulanıb ki, indiyədək heç bir fərqlənmə nişanının iki iş günündən gec verilməsi halı qeydə alınmayıb. Fərqlənmə nişanının verilməsi ilə bağlı gecikmə ilə qarşılaşan sürücülər AYNA-nın “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edilib ki, sürücü tərəfindən ödəniş gec həyata keçirildiyi və ya uğursuz olduğu təqdirdə, müraciət sistemdə “ödənişi et” statusunda qala bilər. Bu halda sürücülər fərqlənmə nişanının verilməsi müddətini müraciətin ilkin tarixi ilə hesablaya bilərlər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO