Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq

Hazırda oxunan: Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
642244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçmiş məmurun kürəkəni olmuş Rahib Hüseynov vətəndaşlara qarşı külli miqdarda dələduzluq edib.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs Rahib Hüseynov müxtəlif bəhanələrlə vətəndaşların etibarından sui-istifadə edərək onlardan ümumilikdə 317 min manatı alaraq ələ keçirməkdə ittiham olunub.
 

O, bəzilərinə ev və maşın alıb satmaq, bəzi zərərçəkmişlərə isə dəmir yolu xətlərinin çəkilməsi ilə bağlı materialların Azərbaycana gətirilərək satışına şəriklik təklif edib. Bu adla 10 nəfərin ümumilikdə 317 min manatını ələ keçirməklə dələduzluq etməkdə günahlandırılır. Vətəndaşların şikayətindən sonra polis əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Hüseynov saxlanılıb.


Məlumata görə, şikayət əsasında R.Hüseynov bir müddət istintaqdan gizlənə bilib. Şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Bundan sonra polis əməkdaşları xüsusi əməliyyat keçirib və R.Hüseynov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsilə cinayət işi başlanılıb və barəsində məhkəmə hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədr müavini Əvəz Qocayevin kürəkəni olub. R.Həsənov həbs ediləndən sonra Ə.Qocayevin qızı ondan rəsmi qaydada boşanıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO