14 oktyabr tarixində Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda 15 oktyabr tarixində Bakıda keçiriləcək AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib.
AQEM çərçivəsində Azərbaycan Respublikasının son iki ildə sədrliyi çərçivəsində həyata keçirilmiş fəaliyyət, AQEM üzv dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətləri, habelə Müşavirənin təşkilati məsələlərinə həsr edilmiş sənəd layihələri üzrə razılıq əldə olunub, layihələrin Zirvə Görüşünə təqdim edilməsi barədə müvafiq qərar qəbul edilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:38 / 14.10.2026
AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi - FOTO
Hazırda oxunan: AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi - FOTO
Hazırda oxunan: AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi - FOTO
642241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































