Daha 13 koronavirus xəstəsinə cinayət işi açıldı

Daha 13 koronavirus xəstəsinə cinayət işi açıldı

Hazırda oxunan: Daha 13 koronavirus xəstəsinə cinayət işi açıldı

6412

Dünən küçəyə çıxan 15 nəfər “COVID-19” xəstəsi aşkarlanıb.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 25-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlardan 13 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 13 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO