Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı qadını vurub. O, ağır vəziyyətdə Gəncədə yerləşən Abbas Səhhət adına xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq 1954-cu il təvəllüdlü Elmira Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu





































































































