25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO

25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Hazırda oxunan: 25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO

635176

25 min manata yaxın pul verib yol çəkdirdilər, amma üç gündən sonra yol çökdü.

Bizim.Media "Xəzər" TV-yə istinadla xəbər verir ki, Lerik rayonun Zövnə kənd sakinləri yaşadıqları kəndin yolunu öz şəxsi hesablarına düzəltmək məqsədi ilə 24 700 manat vəsait toplayıblar və paytaxda fəaliyyət göstərən özəl şirkətlərdən biri ilə danışıb razılığa gəliblər.

Sakinlərin sevinci isə çox çəkməyib. Belə ki, şirkət nümayəndləri kəndə gəlib yolun təmirinə başlayıblar. Lakin görülən işdən bir necə gün sonra yol dağılıb.

Kənd sakinləri bildirirlər ki, işə başlamamışdan əvvəl iş görən şəxs Elşad Qarayev onlara yollarının uzunömürlü olacağını və yolda yarana biləcək problemləri özləri qarşılayacağını bildirsə də, sonra işlərdən boyun qaçırıb.

Məsələdə adı hallanan Elşad Qarayev ittihamları qəbul etməyib.

Daha ətraflı videoda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO