Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda havanın temperaturu gecə 20-23°, gündüz 28-32°, axşam isə 26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam saatlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 18-23°, gündüz 30-34° isti olacaq. Dağlarda gecə 12-17°, gündüz isə 18-23° isti təşkil edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:51 / 07.09.2026
Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...
Hazırda oxunan: Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...
Hazırda oxunan: Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...
635174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































